Haqqımızda

Şirkət haqqında
Aspen Azərbaycan, iş məkanı və interyer inşaatı sahəsində məşhur Aspen A.Ş.-nin Azərbaycandakı rəsmi nümayəndəsidir.

Şirkətimiz əsas olaraq asma tavan, modulyar bölmə divar və yüksəldilmiş döşəmə sistemləri təklif edir.  

Layihələndirmə prosesi  
1. Sifarişçidən gələn məlumat və layihə əsasında, müştəri ilə əlaqə yaradılır.

2. Məkanı tanıyaraq, doğru yerdə doğru malın istifadə olunması üçün araşdırma edilir. Məkana uyğun konsept və layihə hazırlanır. İstifadə olunacaq sistem göstərilir.  

3. Təklif olunan Konseptlə əlaqədar olaraq plan, görüntü rəsmləri və qiymət təklifi hazırlanaraq müştəriyə göstərilir, yerində qərar verilərək, layihə analiz olunur.  

4. Təklif Sifarişci tərəfindən bəyənildikdən sonra, müştəriyə təslim etmə zamanı və montaj haqqında məlumatlar verilir. Plan və görüntünün qərarı təsdiqlənir.  

5. Hazırlanan və gətirilən mallar zamanında iş yerinə çatdırılır, montaja başlanır və layihə tamamlanır.  

6. Görülən iş Sifarişçiyə təslim edilir, hesab faktura hazırlanıb ödəniş üçün mühasibata təqdim edilir.


Nümayəndəliklər
Nümayəndəsi olduğumuz şirkət eyni zamanda hərəkətli bölmə divar və aksessuarları üzrə dünya lideri olan alman şirkəti Dorma A.G.-nin, akustik və daş yunu tavanları üzrə məşhur Armstrong, Ecophon və OWA-nın da region üzrə distrübutorudur.

Fəxrlə qeyd etmək istərdik ki, Dorma hərəkətli bölmə divarlarını Azərbaycanda Heydər Əliyev mərkəzində uğurla istifadəyə vermişik.
Ciddi akustik, antibakterial və bioloji tələblərə cavab verən OWA istehsalı tavanlar Bakı sağlamlıq Mərkəzi, Grand Xəstəxanası, Yevlax rayon xəstəxanasında istifadə olunub.