Asma tavan sistemləri

Hər hansı bir məkanın interyerində Tavan çox vacib bir hissədir. Bunun üçün məkanda ən böyük sahənin Tavan olduğunu xatırlatmağa gərək belə qalmır. Forma, rəng, işıq və başqa vasitələr istifadə edərək, hər məqsəd üçün tavan dizaynını ortaya qoymaq mümkündür. Asma tavan sistemində isə məqsədlər daha fərqlidir.

Tavandakı hər cür alt sistemlərini gizlətmək, işıqlandırma spot və plafonlarını, yanğın detektorları kimi bir çox komponenti montaj etmək, akustik şərtləri yerinə yetirmək, unikal daxili məkan şərtlərini təmin etmək və əlbəttə ki, estetik qayğıları aradan qaldırmaq məqsədiylə Modulyar Asma Tavan Sistemlərinə üstünlük verilməkdədir.

Təmin etdiyi mükəmməl akustik və işıqlandırma sistemlərini inteqrasiya ola bilən quruluşu ilə Modulyar Asma Tavan Sistemləri, daha yaxşı bir iş mühiti, bunun nəticəsindədə daha məhsuldar bir iş performansı yaratmağa kömək edir.

İndiki vaxtda, həm mühit şəraitinin yaxşılaşdırılması, həm də can təhlükəsizliyi təmin etmək üçün, əksəriyyəti tavan altında olan ventilyasiya, yanğın detektorları, yanğın söndürmə sistemi kimi cihazlar sıx olaraq istifadə edilməkdədir. Bu cihazlara, təmir və baxım məqsədiylə giriş ehtiyacı, Modulyar Asma Tavan Sistemlərinin meydana gəlməsinin əsas səbəblərindəndir.
Modulyar Asma Tavan Sistemləri, tətbiq məkanın istifadə xüsusiyyətlərinə görə müxtəlif tələbləri qarşılamaq üzrə metal, daş yunu, cam yunu, kaya yunu, alcı kimi fərqli xarakterli maddələrdən hazırlanır.
"Aspen Azərbaycan", bütün bu müxtəlif materiallardan istifadə edərək, zəngin Modulyar Asma Tavan Sistemləri məhsul çeşidi ilə, müasir arxitekturanın funksionallıq axtarışını qarşılamaq üçün təcrübəsini və məlumatını paylaşmağa hazırdır.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/aspenaz/public_html/site/assets/sessions) in Unknown on line 0