USG şirkəti 1902-ci ildə ABŞ-da 30 iri gips istehsalçısının birləşməsindən yaranmışdır.
Hal-hazırda USG şirkəti aralarında gipskarton lövhə, asma tavan panelləri, asqı sistemləri və sairə olan 400 addan çox  məhsul istehsal edən nəhəng bir holdinqdir.
Şirkətin mənzil-qərargahı ABŞ-da İllinoys ştatı, Çikago şəhərində yerləşsə də, beynəlxalq şəbəkəyə ABŞ, Avropa, Asiyada fəaliyyət göstərən 50-dən çox istehsal müəssisəsi daxildir. 
USG şirkətinin məhsulları inşaatın bütün sahələrində, sənaye və fərdi yerlərdə istifadə olunur.