PƏTƏK TOXUNUŞ

UNITECH, dörbucaq və ya düzbucaq forma əmələ gətirmək üçün birləşdirilən şəridlərdən hazırlanan alüminium open cell tavanlardır. Montaja görə dəyişən ölçü və boylardakı dördbucaqlı hücrələrlə birləşdirilmiş 1200x600 mm-lik modulyar panellərdən ibarətdir. 
Yüksək dekorativ özəlliklidir və işığın yayılışına dolayı yoldan izin verir.
UNITECH kiçik hücrələrlə vertikal montajda üstünlük əldə edilir. Dekorativ olması, havalandırma, lift qurğuları və başqa tavan üstü komunikasiyaların gizlədilməsi məsələlərini asanlaşdırmağa xidmət edir.
UNITECH - estetik və akustik ehtiyacları qarşılamaq məqsədi ilə düz və ya perforasiyalı seçimlərdədə istehsal oluna bilinir.

Standart perforasiyalar:
Ø1,5 mm dəlik ölçüsü, 22% boşluq sahəsi
Ø2,5 mm dəlik ölçüsü, 19% boşluq sahəsi

Əvvəlcədən və ya sonradan boyanacaq alüminium panellər üçün RAL, NCS, PANTONE və SIKKENS kimi geniş bir sahədə rəng çeşidləri mövcuddur.
UNITECH hər zaman montaj edilmiş (hörülmüş) şəkildə təmin edilir.

Unitech Sistem A
Unitech Sistem B
Unitech Delta Sistem