Bölmə divar sistemləri

Müasir dünyada iş məkanını daş divarla bölməyə ehtiyac yoxdur. Bu məsələ modulyar bölmə divar sistemləri ilə uğurla həll oluna bilir.
Konstruktiv bölmə divarlar Stasionar, mobil və hərəkətli divarlar kimi 3 əsas tipə bölünür.

Modulyar bölmə divarlar - döşəmə və tavana bərkidilən divar konstruksiyasına deyilir. Bu divarların karkası alüminium vəya poolad profillərdən ibarətdir. Modulyar bölmə divarlar öz möhkəmliyi və çox gözəl səs keçirməzlik qabiliyyəti ilə fərqlənir. Onların bir başqa özəlliyi isə çox geniş şəkildə dekor olunmaq imkanıdır.
Bu tip bölmə divarlarda şüşə, ağac, DSP və sairə kimi materilallardan istifadə mümkündür. Bunlardan asılı olaraq belə bölmə divarlar şəffaf vəya bağlı ola bilər.
Həmçinin kombinə olunmuş divar tipləridə mövcuddur ki, özündə şəffaflıq və bağlı divarları bir birinə bilavasitə birləşdirə bilinir. Geniş çeşidli variantlar imkan verir ki, bölmə divarlar orqanik şəkildə məkanın interyerinə uyğunlaşa bilsin.
Modulyar bölmə divarlar, cəmiyyətdə "ofis bölmə divarları" kimi adlandırılsa da, bu tip divarların əhatə dairəsi təkcə ofislərlə məhdudlaşmır. Belə bölmə divarları alış-veriş mərkəzlərində, nəqliyyat idarəetmə mərkəzlərində, banklarda, ictimai binalarda, istehsalat sahələrində, sağlamlıq mərkəzlərində, elmi və tədris müəssisələrində və sairə tətbiq edilməsi mümkündür.