Xidmətlər

Şirkətimiz, asma tavan sistemlərinin hüdudsuz memarlıq fantaziyasını gerçəkləşdirmə yolunu tutaraq alman istehsalı Royalin vəya Soundtrek markalı Akustik parçalı, səthi yüksək keyfiyyətli antistatik boya ilə boyanmış, 0,5 mm qalınlıqda qalvanik poladdan, 3 metrə qədər uzunluqda, konkret dəlik sayı və genişliyində standart və qeyri standart asma tavanlar təklif edir.


Bizim asma tavanlar Bakı şəhərində B.Britaniya səfirliyiBaku Elektronics şirkətiHoliday Inn, Marine PlazaUniBank və Muğanbankın baş ofislərində istifadə olunur.

Müasir iş mərkəzlərinin, ofislərin, xəstəxana, dövlət qurumlarının, məktəb və universitetlərin şəffaflıq göstəricisi olan şüşə üstünlüklü modulyar bölmə divarlar, onların özünə məxsus qapı sistemləri, işıq və aksessuarları dinamik inkişaflı zamanımızın əsas atributlarındandır.


Şirkət olaraq bütün bu tələblərə cavab verən divar sistemlərimiz həm tək şüşəli, həmdə cüt şüşə ilə təklif olunur. Bundan başqa sifarişçinin zövqü və tələbinə uyğun olaraq ağac görünüşlü, jalüzlü və jalüzsüz elementlərdən istifadə oluna bilən sistemimiz, yanğın və akustik tələblərə cavab verməsi sertifikatlar ilə təsdiq olunub.


Bizim bölmə divarlar Karat Holding ofis binası, Marine PlazaUnibank və Muğanbank baş ofislərində istifadə olunur.

0,05 metrdən 2 metrə qədər yüksəkliyə qaldırıla bilən döşəmə sistemləri, divarları zədələmədən altından müxtəlif komunikasiya xəttləri keçirmək üçün nəzərdə tutulub. Üzəri sadə folqadan tutmuş bahalı ağac növlərindən parket və xalılara kimi örtülə bilən döşəmə sistemlərimiz Bakıdakı məşhur Landmark iş mərkəzində istifadə olunur.

Yaşadığımız hər qapalı mühitdə demək olar ki, səs-küy var. Mühiti səs-küydən təmizləmək və səs-küyü düzəltmək isə insanlar arasında normal ünsiyyəti təmin edə bilir. Buna görə də düzgün səs akustikası ilk növbədə komfortdur.

Aspen Azərbaycan keyfiyyəti ilə sizlərə təqdim etdiyimiz məhsullar, düzgün səs akustikasını təmin edən, səs-küyü aradan qaldıran və eşidilən səslərin təmiz olmasını təmin edən məhsullardır.

MOHAWK - Yer Örtükləri

Dünyanın ən böyük yer örtükləri istehsalçılarından olan Mohawk Group, xüsusi DuraColor texnologiyası sayəsində yer örtükləri və xalçaların mükəmməl və kifayət qədər asan üsulla təmizliyinə nail ola bilir.
Üzərində heç bir ləkə saxlamayan və sadəcə elektrik süpürgələri ilə asan şəkildə təmizlənə bilən yer örtükləri, sərfiyyat və qənaət baxımından üstün sayılır.
Mohawk Group yer örtükləri təqdim etdiyi dizayn, davamlılıq, yüksək performans və bənzərsiz xidmət keyfiyyəti ilə, layihələrinizdə xüsusi fərq yarada bilməyiniz üçün, Aspen Azərbaycan keyfiyyəti ilə sizlərə təqdim edilməkdədir.
TECSOM - Yer Örtükləri
Çini və Rulon xalça növləri zəngin model və rəng müxtəlifliyi ilə funksional, müasir və isti iş mühitlərinin yaradılmasını təmin edə bilir.
Gigiyena, yanğına dayanıqlıq, bütünlük, akustik performans və rahatlığ kimi xüsusiyyətləri estetik dəyərlər və keyfiyyət ilə harmoniya təşkil edir.
Tecsom yer örtükləri müasir ofis binaları, banklar, maliyyə təşkilatları, dövlət dairələri, alış-veriş mərkəzləri, hava limanları, mağazalar, sərgi salonları, kitabxanalar, otellər, xəstəxana və digər iaşə obyektlərində istifadə edilməkdədir.


Warning: Unknown: write failed: Disk quota exceeded (122) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/home/aspenaz/public_html/site/assets/sessions) in Unknown on line 0