Haqqımızda

Haqqımızda

Aspen Group, interyer dizaynı və akustik materialların tanıdılması, tətbiqi sahəsində öncül şirkətlərdən biridir. Şirkətimiz əsas olaraq akustik asma tavan, modulyar bölmə divar və yüksəldilmiş döşəmə sistemləri təklif edir.
1. Sifarişçidən gələn məlumat və layihə əsasında, müştəri ilə əlaqə yaradılır.
2. Məkanı tanıyaraq, doğru yerdə doğru malın istifadə olunması üçün araşdırma edilir. Məkana uyğun konsept və layihə hazırlanır. İstifadə olunacaq sistem göstərilir.
3. Təklif olunan Konseptlə əlaqədar olaraq plan, görüntü rəsmləri və qiymət təklifi hazırlanaraq müştəriyə göstərilir, yerində qərar verilərək, layihə analiz olunur.
4. Təklif Sifarişci tərəfindən bəyənildikdən sonra, müştəriyə təslim etmə zamanı və montaj haqqında məlumatlar verilir. Plan və görüntünün qərarı təsdiqlənir.
5. Hazırlanan və gətirilən mallar zamanında iş yerinə çatdırılır, montaja başlanır və layihə tamamlanır.
6. Görülən iş Sifarişçiyə təslim edilir, hesab faktura hazırlanıb ödəniş üçün mühasibata təqdim edilir.
Nümayəndəsi olduğumuz şirkət eyni zamanda hərəkətli bölmə divar və aksessuarları üzrə dünya lideri olan alman şirkəti Dorma A.G.-nin, akustik və mineral daş yunu tavanları üzrə məşhur USG, Armstrong və Ecophon-nun da region üzrə distrübutorudur. 
Fəxrlə qeyd etmək istərdik ki, Dorma hərəkətli bölmə divarlarını Azərbaycanda Heydər Əliyev mərkəzində uğurla istifadəyə vermişik. 
Ciddi akustik, antibakterial və bioloji tələblərə cavab verən mineral daş yunu əsaslı tavanlar Bakı sağlamlıq MərkəziEge Hospital, Referans Laboratoriyası, Bravo Marketlər və Domino`s Pizza şəbəkəsində istifadə olunub.

Aspen Group

Aspen Group, iş yerləri, ictimai obyektlərin inşaatında tələb olunan materiallarla bağlı,
dünyanın məşhur istehsalçıları ilə işgüzar əlaqələr quraraq, ən innovativ və keyfiyyət
standartlarına cavab verən məhsulları idxal edir.

115
LAYİHƏ
23
TƏRƏFDAŞ
7
İLLİK TƏCRÜBƏ

Tərəfdaşlar