AspenPro
← Bloqa qayıt27 oktyabr 2026

Tək şüşəli arabölmə sistemi

Yüklənir...
Tək şüşəli arabölmə sistemi

Tək Şüşəli Arabölmə Sistemi: Üstünlükləri və Seçim İmkanları

Ofislərdə məkanı bölmək və daha rahat iş şəraiti yaratmaq üçün şüşə arabölmə sistemlərindən geniş istifadə olunur. Bu sistemlər arasında tək şüşəli arabölmələr daha münasib, ekonomik qiymət və asan quraşdırılması ilə seçilir. Şüşə arakəsmələr, ofisin ümumi görünüşünü qoruyaraq məkanı ayrı-ayrı sahələrə bölməyə imkan verir.

Tək şüşəli arabölmələr necə hazırlanır?

Tək şüşəli arabölmələr adətən 10 mm qalınlığında temperli şüşədən hazırlanır. Bu sistemlərin əsas üstünlükləri daha az xərc tələb etməsi və quraşdırılmasının nisbətən asan olmasıdır. 

Tək şüşəli sistemlərdə jalüzdən istifadə etmək mümkün deyil. Bunun əvəzinə şüşənin aşağı hissəsindən başlayaraq təxminən 130–140 sm hündürlüyə qədər zolaq formasında dekorativ plyonka tətbiq edilə bilər. Plyonkanın ölçüsünü, formasını və yerləşməsini ofisin dizaynına uyğun dəyişmək mümkündür. Bu üsul həm məxfiliyi artırır, həm də arabölməyə fərqli görünüş verir.

Şüşə arabölmələrin quraşdırılması necə həyata keçirilir?

Quraşdırma müddətini azaltmaq üçün işləri əvvəlcədən düzgün planlaşdırmaq vacibdir. İlk olaraq, layihəyə uyğun şəkildə alüminium profillər və qapı çərçivələri quraşdırılır. Daha sonra şüşələrin ölçüləri dəqiq götürülərək sifariş verilir.

Şüşələr istehsalçıdan gətirildikdən sonra hazır sistemə yerləşdirilir. Bu üsul quraşdırma prosesini sürətləndirməyə kömək edir.

Əgər 4+4 mm və ya 5+5 mm qalınlığında temperlənməmiş laminat şüşələrdən istifadə olunarsa, qapı şüşələri istisna olmaqla, sistemin əsas hissəsini daha tez tamamlamaq mümkündür. Bu halda yalnız qapı şüşələrinin hazırlanmasını gözləmək lazım gəlir.

Tək şüşəli arabölmələrdə səs izolyasiyası

Tək şüşəli arabölmələr yalnız qiymət və dizayn baxımından deyil, səs izolyasiyası baxımından da müxtəlif seçimlər təklif edir. Bunun üçün adi şüşə əvəzinə akustik laminə edilmiş şüşədən istifadə etmək mümkündür.

Düzgün şüşə seçimi və uyğun quraşdırma ilə səsin keçməsini azaltmaq olar. Sistem və tətbiq şəraitindən asılı olaraq, səs izolyasiyası təxminən 38 dB-ə qədər çata bilər. Bununla belə, tək şüşəli arabölmələr adətən ikiqat şüşəli sistemlər qədər yüksək səs izolyasiyası təmin etmir.

Səs izolyasiyasını artırmaq üçün nələrə diqqət edilməlidir?

Akustik şüşə seçimi, səs izolyasiyası üçün vacibdir, lakin sadəcə bu, izolyasiya üçün kifayət etmir. Arabölmənin döşəmə və tavanla birləşdiyi hissələr də düzgün hazırlanmalıdır.

Əgər sistem yüksəldilmiş döşəmə üzərində quraşdırılırsa, döşəmənin altında təxminən 10 sm enində, daş yunu ilə doldurulmuş səs izolyasiya baryerinin yaradılması tövsiyə olunur. Eyni zamanda, arabölmənin tavana birləşdiyi sahələrdə də tavana qədər daş yunu ilə doldurulmuş səs baryeri nəzərdə tutulmalıdır.

Qapılar da ümumi səs izolyasiyasına təsir göstərir. Buna görə akustik göstəriciləri yaxşılaşdırmaq məqsədilə ikiqat şüşəli konstruksiyaya malik qapılardan istifadə etmək daha faydalı ola bilər.

Qapı çərçivələrində xüsusi səs izolyasiya fitillərinin quraşdırılması və qapının aşağı hissəsində səs keçidini azaldan baryerin tətbiqi də vacibdir. Ancaq bütün bu şərtlərlə, yani şüşə arabölmə, qapı və birləşmə hissələri birlikdə daha səmərəli akustik mühit yaradıla bilinər.

Şüşə arabölmələr üçün keyfiyyətli aksesuar seçimi

Şüşə arabölmə sisteminin uzun müddət problemsiz istifadəsi üçün yalnız şüşənin və profilin keyfiyyətinə diqqət yetirmək kifayət deyil. İstifadə olunan aksesuarlar da mühüm rol oynayır.

Qapı qolları, kilidlər və cəftələr etibarlı istehsalçıların məhsulları arasından seçilməlidir. Keyfiyyətli aksesuarlar nasazlıq riskini azaldır, təmir və servis ehtiyacını minimuma endirir. Bu da uzunmüddətli istifadə zamanı əlavə xərclərin qarşısını almağa kömək edir.

Alüminium profillərin rəngi və ofis dizaynı

Şüşə arabölmələrin ofisin ümumi interyerinə uyğun görünməsi üçün alüminium profillərin rəngi də düzgün seçilməlidir.

Profillər müxtəlif rənglərdə elektrostatik toz boya ilə rənglənə bilər. Bu seçim memarlara və dizaynerlərə arabölmələri digər mebel, divar örtükləri və dekorativ elementlərlə uyğunlaşdırmaq imkanı verir.

Beləliklə, şüşə arabölmələr yalnız məkanı bölən konstruksiya deyil, həm də ofisin ümumi görünüşünü tamamlayan dizayn elementi olur.

Şüşə arabölmə seçərkən akustik hesablamanın rolu

Arabölmə sisteminə vəsait ayırmazdan əvvəl onun hansı məqsədlə istifadə olunacağını müəyyənləşdirmək lazımdır. Bəzən daha qalın şüşə seçmək və ya əlavə materiallardan istifadə etmək gözlənilən nəticəni verməyə bilər.

Buna görə layihəyə uyğun akustik hesablamanın aparılması tövsiyə olunur. Bu hesablama səs izolyasiyası üçün hansı şüşənin, hansı qalınlığın və hansı konstruksiyanın daha uyğun olduğunu müəyyən etməyə kömək edir. Eyni zamanda, ehtiyac olmayan əlavə qalınlıqların və xərclərin qarşısını ala bilər.

Bəzi ofislərdə isə səs izolyasiyası tələblərinə görə 4+4 mm, 5+5 mm və ya 6+6 mm laminat şüşələr seçilə bilər. Layihənin tələblərindən asılı olaraq, bu şüşələrin temperli və kənarları cilalanmış formada hazırlanması çüçkündür. Eyni qalınlıqda xüsusi akustik laminə şüşələrdən istifadə etmək də mümkündür.

Nəticə: Ofis üçün düzgün şüşə arabölməni necə seçmək olar?

Tək şüşəli arabölmələr münasib qiymət, sadə quraşdırma və müasir görünüş axtaran ofislər üçün əlverişli seçimdir. Düzgün şüşə, profil və aksesuar seçimi ilə həm funksional, həm də estetik nəticə əldə etmək mümkündür. Daha geniş məlumat:  ArkoPart G50

Əgər əsas məqsəd səs izolyasiyasıdırsa, yalnız şüşənin qalınlığına deyil, qapılara, döşəmə və tavan birləşmələrinə də diqqət yetirilməlidir. Ən uyğun həll yolu layihəyə əsaslanan akustik hesablamanın aparılması və bütün sistemin bu nəticələrə uyğun seçilməsidir.

Unutmayaq ki, keyfiyyətli şüşə arabölmə sistemi düzgün layihələndirmə, uyğun material seçimi və peşəkar quraşdırmanın ortaq nəticəsidir.