28 May Respublika Günü
Aspen Şirkəti Azərbaycan xalqını 28 May – Respublika günü münasibətilə təbrik edir Hər il may ayının 28-i Azərbaycanda Respublika günü kimi qeyd olunur. 1918-ci ilin həmin günü Azərbaycanda demokratik respublika - Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Şərqdə ilk demokratik dövlət olan Xalq Cümhuriyyəti qısa müddət ərzində mövcud olsa da onun varlığı dövlətçilik tariximizdə böyük tarixi əhəmiyyətə malikdir. Aspen Azərbaycan kollektivi, Azərbaycan xalqını tarixinin ən önəmli günlərindən biri olan 28 May-Respublika günü münasibətilə ürəkdən təbrik edir, milli dövlətçiliyimizə inkişaf və müstəqilliyimizin əbədi olmasını arzu edir.