BMW Baku
Son illərdə Volkswagen, Rolls‑Royce və BMW kimi nəhəng avto şirkətləri Bakıdakı salonlarının asma tavanlarını Aspen Pro‑ya etibar ediblər. Bu prosesdə unikal rəng seçimi, rəng qatının mikronla testi, standart olmayan ölçülər, asqı sistemi, statistik kütlə çəkisi və metal qalınlığı kimi ciddi şərtlər irəli sürülüb. Biz bütün bu tələbləri uğurla qarşılayaraq, layihələri yüksək keyfiyyətlə tamamladıq.
Fəxr və qürurla bitirdiyimiz bu layihə zəhmətimizin dəyərini göstərdi.
Əməyi olan bütün kollektivimizi, sifarişçiləri, podratçıları və memarları ürəkdən təbrik edirik.



